Gürcüstan hökumətinin tərkibində struktur dəyişiklikləri aparılacaq. Hazırda fəaliyyət göstərən 18 nazirlikdən 5-i ləğv olunacaq. Dəyişikliklər nəticəsində İqtisadiyyat ilə Energetika, Mədəniyyət ilə İdman, Kənd Təsərrüfatı ilə Ətraf Mühit nazirlikləri birləşdiriləcək. Bundan başqa, Avropa və Avroatlantik inteqrasiya məsələləri üzrə dövlət nazirinin vəzifəsi ləğv olunacaq və bu struktur Xarici İşlər Nazirliyinə birləşdiriləcək.
Oxunub: 502