Çindən Rusiya və Qazaxıstan əraziləri vasitəsilə Avropaya yeni dəmir yolunun işə salınması ölkələrin sənayesinə və logistikasına müsbət təsir edəcək”.
Virtualaz.org bildirir ki, bunu prezident Vladimir Putin 9 noyabrda Çelyabinskdə keçirilmiş Rusiya Federasiyası və Qazaxıstan Respublikasının regionlararası əməkdaşlıq üzrə XIV Forumunun plenar sessiyalarının yekununda deyib.
“Mən Çin Xalq Respublikasından Qazaxıstan və Rusiya vasitəsilə Avropaya dəmiryolu magistralının böyük tikinti layihəsinin mümkün reallaşdırılması haqqında Nursultan Abişeviçin (Nazarbayevin) dediklərinə qoşuluram. Bu, istehsalın bütöv sahələrinin inkişafında çox yaxşı stimul ola bilərdi”, — deyə o vurğulayıb.
“Bu bir sıra sahələrin inkişafına yaxşı impuls verərdi, çünki layihə çox genişmiqyaslı ola bilər”, — Putin bildirib.
Bu təklifin reallaşmasının Bakı-Tbilisi və Qars dəmiryolu xəttinin əhəmiyyətinin azalmasına səbəb olacağı şübhə doğurmur.
Oxunub: 1548