Azərbaycan hökuməti fransalı jurnalistlərə qarşı iddia qaldırmışdı; «İlham Əliyev diktator deyil və jurnalistlər cəzalandırılmalıdır»
Azərbaycan hakimiyyəti Fransanın «France 2» televiziya kanalına və onun əməkdaşları olan jurnalsitlər Elizabet Lucet’lə Loran Riçard’a qarşı məhkəmə iddiası qaldırmışdı. İddiaya Paris Nanter məhkəməsində baxılmışdı. Məhkəmənin qərarı isə bu gün elan edilməli idi.
Gözlənilən qərar qəbul edildi. Məhkəmə iddianı təmin etməyib. Məhkəmənin qərarında bildirilir ki, Azərbaycan tərəfi dövlət adından diffamasiya ilə bağlı iddia qaldırmaqda haqlı deyil.
Azərbaycan tərəfinin iddiasını vəkil Olivye Prado müdafiə edirdi. O, Afrika ölkələrindən olan başqa diktatorların da maraqlarının müdafiəçisi kimi proseslərdə iştirak edib.
Azadliq. info
Oxunub: 1862