İş adamı Telman İsmayılov siyasi sığınacaq istəyi ilə Fransa hökumətinə müraciət edib.
Unikal.org xəbər verir ki, T.İsmayılovun sözlərinə görə, onun əlində Rusiyanın bütün güc strukturlarının rəhbərlərinə qarşı kompromat materiallar var və o, bunları müdafiəsi qarşılığında Fransanın xüsusi xidmət orqanlarına verə bilər.
O, Fransanın Provans regionundakı Antib kommunasına köçməyi planlaşdırır.
Qeyd edək ki, daha əvvəl T.İsmayılovun vəkili onun iki qətl hadisəsində və qanunsuz silah dövriyyəsində təqsirləndirildiyini bildirib. Moskva Basmannı Məhkəməsi iş adamının qiyabi həbsi barədə qərar qəbul edib. Biznesmenin indi harada olması məhkəməyə məlum deyil.
Oxunub: 916