Polis etirazçılara zor tətbiq edib, həbs olunanlar var
***
Şəki şəhərində “Çöl yol” deyilən ərazidə söküntü işlərinə yerli sakinlərin kütləvi etirazı başlanıb. Ərazidə yaşayanlar yolu bağlamağa cəhd ediblər. Hadisə yerinə xeyli sayda polis qüvvələri cəlb edildiyi də bildirilir.
Yerli İcra hakimiyyəti həmin ərazidə tikilən evləri qanunsuz hesab edib sökmək niyətindədir. Sakinlər isə həmin ərazinin hansısa bir oliqarxa satıldığını iddia edir. “Quru çay” deyilən həmin yer mənzərəli və səfalı məkan kimi tanınır.
Əraziyə Şəki rayon İcra Hakimiyyəti başçısının gəlməsi tələb edilir.
Polis dəyənəklə toplaşanlara qarşı zor tətbiq edib. Sakinləri ərazidən uzaqlaşdırmağa nail ola bilib. 3 nəfər həbs olunaraq Polis Şöbəsinə aparılıb.
azadliq.info
Oxunub: 4226