Fransanın “Le Figaro” qəzeti Fransada vergi maxinasiyaları ilə bağlı saxlanan Rusiyalı milyarder, Rusiya Federasiya Şurasının Dağıstandan olan üzvü Süleyman Kərimovun çirkli pulların yuyulmasından milyonlarla avro qazanmaqda şübhəli bilindiyini yazır.
Qəzet ” Rusiyalı oliqarxın Fransada bir neçə villaya malik olduğunu” və cinayətkar qrupların köməyi ilə çirkli pulların yuyulmasında ittiham olunduğunu yazır.
Vergi fırıldaqçılığı faktları ilə bağlı təhqiqat başladan məhkəmə Kərimovu Fransanın Aralıq dənizi sahilində yerləşən və məşhur rus oliqarxlarının məskəni olan Antibdə obyekt əldə etmək üçün vasitəçilik yolu ilə şirkət yaratmaqda şübhəli bilir.
Kərimovun sahib olduğu malikanələrin qiyməti real dəyərindən çox aşağıdır ki, bunun da vergidən yayınmaq məqsədilə edildiyi ehtimal olunur. Bu səbəbdən obyektlərin alqı sənədlərində Kərimovun adı da əksini tapmayıb.
Rusiya DİN Fransaya etiraz notası verib.
Xatırladaq ki, Kərimov bazar ertəsi Nitsa aeroportunda saxlanılıb. Kreml onun müdafiəsi üçün bütün imkanları işə salıb.
Rusiya DİN məlumat yayıb ki, onlar Fransa DİN-ni və Moskvadakı Fransa səfirliyini Kərimovun RF Federasiya Şurasının üzvü olduğu barədə məlumatlandırıblar.
Kərimov saxlandıqdan sonra onun aktivlərinin dəyəri 117 milyon azalıb. Ailənin malik olduğu aktivlər 6,8 milyard dollardan 6,7 milyard dollara düşüb.
Əgər biznesmenə məxsus Polyus“ şirkətinin 21 noyabrda açıq birjadakı aksiyalarının hər biri 5110 rubl idisə, həmin gün saat 12.30-da onların qiyməti 5048 rubla düşüb.
azadliq.info
Oxunub: 424