Avropa Parlamentinin deputatı, Malta Maliyyə Xidmətləri Təşkilatı (MFSA) lisenziyasını ləğv etməyəcəyi təqdirdə, Pilatusu Avropa Bankçılıq Təşkilatına şikayət edəcək.
Milliyyətçi (MEP- Avropa Parlamentinin deputatı) David Casa, MFSA-dan (Malta Maliyyə Xidmətləri Təşkilatı) tələb edib ki, Egrant iddialarının mərkəzində adı keçən özəl bank Pilatusun lisenziyasını ləğv etsin.
Milliyyətçi MEP David Casa, özəl bankın lisenziyası ilə əlaqəli istintaq başlatmaq üçün Avropa Mərkəzi Bankına və Avropa Bankçılıq İdarəsinə Pilatus’a qarşı hesabat təqdim edəcək.
Casa sədr Jozef V. Bannisterə yazdığı məktubunda Malta maliyyə tənzimləyicisini bankın lisenziyasını ləğv etməyə çağırıb.
Bank, Egrant istintaqına, bankın baş nazirin həyat yoldaşı üçün 1 milyon ABŞ dolları məbləğində əməliyyat etdiyi iddiaları ilə əlaqəli araşdırmalar başlayanda cəlb olunub.
Casa, Paradise Papers-də (Cənnət sənədlərində) offshore şirkətlərə rəhbərlik etdiyi deyilən MFSA-nın sədri Jozef Bannisteri öhdəliklərindən yayınmaqda israr etməməyə və Pilatus-un lisenziyasını ləğv etməyə çağırıb.
Pilatus bankın depozitlərinin 60 faizi Kәmalәddin Heydərova, Leyla Әliyevaya və Heydər Əliyevə məxsusdur. Bu faktı öldürülәn jurnalist Kaura Qalizia aşkara çıxarmışdı.
Casa, Bannisterin həftə sonuna qədər tədbir görməyəcəyi təqdirdə məsələni Avropa Mərkəzi Bankına bildirəcəyini söyləyib.
Casa öz məktubunda yazır: “MFSA sədri olaraq FİAU (Maliyyə Araşdırmalarının Təhlili Qurumu) tərəfindən aparılan araşdırmaların nəticələrindən xəbərdar edilmisiniz. Mən xüsusilə keçmiş direktor Manfred Qoldes rəhbərliyi altında olan və bu qurumun siyasi təzyiqlərə məruz qalmağından və fəaliyyətinin məhdudlaşdırılmasından əvvəl aparılan araşdırmalara istinad edirəm”.
“Azərbaycan və Malta PEP-ləri üçün qanunsuz vəsaitlərin yuyulması ilə əlaqədar FİAU-nun ən azı üç araşdırmasında Pilatus Bankın adı keçir. Sübutlar kifayət qədər dəqiq və çoxdur”.
“Baş nazirin işçi heyətinin başçısı Keith Schembri’nin hesabına müffəttiş Brian Tonnan tərəfindən, Tonna’nın Britaniyanın Virgin Adalarındakı offshore şirkətindən xeyli miqdarda pul köçürüldükdən sonra, pulların yuyulması şübhəsiylə əlaqədar araşdırma tələb edən ilk hesabat 2017-ci ilin aprel ayında Galdes tərəfindən Araşdırma Kommissiyasına təqdim olunmuşdur. Qanun pozuntusunun təsdiqlənməsi indi öz-özlüyündə məhkəmə istintaqı səbəbidir.
Casa deyib ki, Pilatus 2014-cü ilin yanvar ayında “ictimaiyyətə açıqlanmış faktlara əsasən FATF-ın 26-cı tövsiyyəsinə zidd olan şərtlər” altında lisenziyaya yiyələnib.
Casa, Pilatusun Maltada fəaliyyətini davam etdirməsini “maliyyə sektoruna təhdid” kimi dəyərləndirib və bankın Keith Schembri’nin siyasi dəstəyinə arxalandığını bildirib.
“Mən hər halda sizi üzәrinizә düşәn işi görmәyә çağırıram. Pilatus Bank lisenziyasını nəzərdən keçirmək və ləğv etmək proseduruna başlayın. Vəzifələrinizin xaricində davranmağa davam etsəniz, məsələni rəsmi olaraq Avropa Mərkəzi Bankına və Avropa Bankçılıq İdarəsinə təqdim etməyimdən başqa bir alternativim qalmayacaq”.
Qeyd edәk ki, öldürülәn jurnalist Karuana Qalizia baş nazirin xanımı Mişel Muskatın “Egrant” ofşor şirkətinin sahibi olduğunu irəli sürmüşdü. Jurnalist qeyd etmişdi ki, bunu təsdiq edən sənədlər Maltada yerləşən Pilatus Bankın mətbəxindəki seyfdədir.
Pilatus Bank 2013-cü ildə açılıb. Karuana Qalizia iddia edirdi ki, Azərbaycan prezidentinin qızı Leyla Əliyevanın Dubay qeydiyyatlı şirkətindən Pilatus Bankdakı hesabı vasitəsilə “Egrant” şirkətinə 1.017 milyon dollar pul köçürülüb.
azadliq.info
Oxunub: 1696