Dünya bazarında neftin qiyməti cari səviyyədən azalaraq 2018-ci ildə 55-60 dollar/abrel diapazonunda dalğalanacaq.
“RİA Novosti” agentliyi istinadən xəbər verir ki, bu açıqlama ilə Rusiyanın energetika naziri Aleksandr Novak Boliviyanın Santa-Kruz şəhərində 6 ölkənin iştirakı ilə keçirilən qeyri-rəsmi sammitdə çıxış edib.
“Həm 2017-ci, həm də 2018-ci il üçün bu qiymət diapazonunu proqnozlaşdırmışıq. Dəqiq qiymət demək çətindir, lakin diapazonu proqnozlaşdırmaq olur”, – A.Novak əlavə edib.
“Oxford Economics” araşdırma şirkətinin proqnozlarına görə, 2018-ci ildə “Brent” markalı neftin orta qiyməti 55 dollara qədər azalacaq. Buna səbəb, hasilatın və ehtiyatların artması amilləri olacaq.
Oxunub: 172