Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.
“Yeni qanun layihəsində göstərilib ki, Silahlı Qüvvələrin maliyyələşməsinə ayrılmış vəsait və xərclərinə nəzarəti “Büdcə sistemi haqqında” qanuna uyğun olaraq Hesablama Palatası həyata keçirir. Bir dəfə eşitmədim ki, Hesablama Palatası hansısa silahlı qüvvələrin tərkibində yoxlamalar aparsın və Milli Məclisə təhvil versin. Milli Məclisin Silahlı Qüvvələr üzərində nəzarət mexanizmini bu qanunda nəzərə almaq lazımdır. Bu, çox vacib məsələlərdən biridir. Silahlı Qüvvələrə nəzarət mexanizmini bu qanunda qeyd etmək lazımdır”.
Oxunub: 424