Bu gün gələn il Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının püşkatma mərasimi keçirilib.
Planetin ən yaxşı 32 komandası 8 qrupa bölünüb.
DÇ-2018-də Avropadan 14 komanda – Rusiya (təşkilatçı ölkə), Almaniya (son dünya çempionu), İngiltərə, Belçika, İslandiya, İspaniya, Polşa, Portuqaliya, Serbiya, Fransa, İsveçrə, Xorvatiya, İsveç, Danimarka qatılacaq.
Mindialda Cənubi Amerikanı 5 yığma – Braziliya, Kolumbiya, Uruqvay, Argentina və Peru təmsil edəcəksə, KONKAKAF-dan 3 milli – Meksika, Kosta-Rika, Panama yarışa vəsiqə qazanıb.
Asiyanın 5 komandası – İran, Yaponiya, Cənubi Koreya və Səudiyyə Ərəbistanı və Avstraliyanın mübarizə aparacağı turnirdə Afrika Nigeriya, Misir, Seneqal, Mərakeş, Tunislə təmsil olunacaq.
DÇ-2018-in qrupları aşağıdakı kimidir:
A qrupu
1. Rusiya
2. Səudiyyə Ərəbistanı
3. Misir
4. Uruqvay
B qrupu
1. Portuqaliya
2. İspaniya
3. İran
4. Mərakeş
C qrupu
1. Fransa
2. Peru
3. Danimarka
4. Avstraliya
D qrupu
1. Argentina
2. Xorvatiya
3. İslandiya
4. Nigeriya
E qrupu
1. Braziliya
2. İsveçrə
3. Kosta Rika
4. Serbiya
F qrupu
1. Almaniya
2. Meksika
3. İsveç
4. Cənubi Koreya
G qrupu
1. Belçika
2. İngiltərə
3. Tunis
4. Panama
H qrupu
1. Polşa
2. Kolumbiya
3. Seneqal
4. Yaponiya
Oxunub: 280