Qubad Ibadoğlu
Faiz subsidiyalarının hazırda mövcud olan və keçmişdən qalan faiz borlarına aidiyyatı yoxdur.
“Sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi Qaydası” ilə bağlı prezident fərmanın hazırda mövcud olan və keçmişdən qalan faiz borlarına aidiyyatı yoxdur. Belə faiz subsidiyaları gələn ildən etibarən qeyri-neft sektorunda fəaliyyət göstərən rezident sahibkarların müvəkkil banklardan manatla aldıqları və yenicə yaranmış “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin təminat verdiyi kreditlərə hesablanmış faizlərə görə verilə bilər. Faiz subsidiyaları cəmiyyətin zəmanət verdiyi kreditlər üzrə ödənilmiş faizlərin bir hissəsinə görə dövlət tərəfindən əvəzsiz verilən vəsaitdir ki, o da büdcədən vergi ödəyicilərinin hesabına maliyyələşdiriləcək. Faiz subsidiyası müvəkkil banka verilir, kreditlərə çıxış imkanlarını artırmağa və onun idarəedilməsi riskini azaltmağa xidmət edir. Bununla əlaqədar olaraq bəzi mətbu orqanlarda dərc olunan “hökumət faiz borclarını ödəyəcək” xəbəri yalnış anlaşılmasın deyə bu şərhi yazmağı vacib hesab etdim. Təəssüf ki, hökümət hələ də devalvasiyalardan sonra valyuta ilə kredit götürəblər üçün yaratdığı izafi məsrəfləri qarşılamaq və borcalanları əlavə ödənişlərdən azad etmək niyyətində deyil.
Oxunub: 250