İstanbul Baş prokurorluğunun apardığı istintaq çərçivəsində məhkəmə ABŞ-da həbsdə olan iş adamı Rza Zərrab və qohumlarının əmlakına həbs qoyulmasına dair qərar qəbul edib.
“Anadolu” agentliyinin verdiyi xəbərə görə, İstanbul Respublika Prokurorluğu Terrorla Mübarizə Bürosu Rza Zərrab və yaxınları barədə araşdırmalara başlayıb. CNN Türk siyahıda 22 nəfərin adının olduğunu bildirib.
Rza Zərrab və yaxınlarının əmlakına həbs qoyulmasına dair qərardan sonra, 22 nəfər yaxınının adları da bəlli olub. Siyahının başında Zərrab və Ebru Gündeşin qızları Alaranın adı yer alıb.
Açıqlanan adların içində Ebru Gündeşin adının olmaması da diqqət çəkib.
Zərrab 2016-cı ilin martında ABŞ-ın Mayami şəhərində həbs olunub. O, 2010-2015-ci illərdə İrana qarşı olan sanksiyaları pozaraq, ABŞ-da dələduzluq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında təqsirləndirilir.
Azadliq.info
Oxunub: 206