Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə yola salınan “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus ilk qatar Türkiyə ərazisinə çatıb.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, dekabr ayının 5-də “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus olan vaqonlardan ibarət olan ilk yük qatarı BTQ ilə yola salınıb.
Hərəkətin təhlukəsizliyi üzrə müfəttişlik aparatının rəisi Kazım Şərifov bildirib ki, Axalkalaki stansiyasında vaqonların təkər arabacıqlarının dəyişdirilməsi – 1520 mm standartlı izdən 1435 mm standartlı izə keçirilməsi prosesi başa çatandan sonra qatar Qarsa yola salınıb. Artıq Azərbaycan bayraqlı ilk qatar Türkiyə ərazisindədir.
Qeyd edək ki, BTQ dəmir yolunun açılışı bu il oktyabrın 30-da keçirilib.
Oxunub: 148