Türkiyəni nüfuzdan salmaq istəyir, çünki o, Vaşinqtonun yazdığı ssenariyə tabe olmur.
Bu bəyanatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim “Ədalət və İnkişaf Partiyası”nın fəalları qarşısında çıxışı zamanı verib.
“Onlar (ABŞ) bizi cəzalandırmaq, mühakimə etmək və nüfuzdan salmaq istəyirlər, çünki biz ölkəmizdəki həmmüəlliflərin köməkliyi ilə həyata keçirilən və aşkar olan ssenariyə əməl etmirik”, — deyə qeyd edib.
Ərdoğan bildirib ki, Vaşinqton bunu FETÖ terror təşkilatı ilə birgə PKK-nı dəstəkləyərək edir.
“Ünvanımıza olan həmlə, yalan və böhtan axını ölkəni diz çökdürmək və cəmiyyətdə təfriqə salmağa yönəlmiş bir ssenarinin hissəsidir. Bütun bu cəhdlər uğursuzluqla nəticələnəcək”, — deyə dövlət başçısı əlavə edib.
Oxunub: 294