ABŞ prezidenti Donald Tramp Qüdsü İsarilin paytaxtı olaraq tanıyıb-tanımayacağını və kampniya zamanı söz verdiyi kimi ABŞ səfirliyini Tel-Əvivdən Qüdsə köçürüb-köçürməyəcəyinə hələ ki, qərar verməyib. Prezidentin kürəkəni və baş müşaviri Cared Kuşner bazar günü prezidentin hələ müxtəlif faktları nəzərdə keçirdiyini bildirib.
Vaşinqtonda Brukinqs İnstitutunda çıxış edən Kuşner prezidentin İsrailin istədiyi addımı atmaq üçün doğru zamanı seçmək istədiyini deyib.
“O hələ də bir çox faktı nəzərdən keçirir. Qərar verəndə, bunu sizə mən deyil, o bildirəcək,” deyə o bildirib.
1995-ci il qanununa əsasən ABŞ-ın İsraildəki səfirliyi Qüdsə köçürülməlidir, lakin qanun prezidentə bu addımı milli təhlükəsizlik səbəbilə hər altı ay uzatmaq səlahiyyəti verir. Tramp qərarını hələ açıqlamayıb. Amma onun qərarı ya israilliləri ya da fələstinliləri qəzəbləndirəcək. Bazar günü İsrail rəsmiləri Trampı İsrailin xeyrinə qərar verməyə çağırıb.
“Məncə ABŞ prezidenti bölgənin ehtiyaclarını anlayır və bilir və Qüdsü İsrail dövlətinin əbədi birləşdirilmiş paytaxtı olaraq təsdiqləməklə (ki, daha öncə o bu niyyətini açıqlayıb) prezident vacib mesaj göndərir,” İsrailin rabitə naziri Əyub Kara söyləyir.
Lakin fələstinlilər Şərqi Qüdsü gələcək dövlətlərinin paytaxtı olaraq görür. Prezident Mahmud Abbas deyib ki, Qüdsün İsrailin paytaxtı olaraq tanınması fələstinlilər, ərəblər və digərləri üçün qəbuledilməzdir.
Betlehəmdə bir fələstinli kişi deyib ki, ABŞ səfirliyinin Qüdsə köçürülməsinin genişmiqyaslı təsirləri olacaq.
“Qüds məsələsi İsrail-Fələstin münaqişəsində mühüm məsələdir. Onlar tamamilə israilli sağçı Netanyahunu dəsəkləcəyək qərar veriblər,” deyə Əkrəm Attalah bildirib.
Oxunub: 34