Maltada səkkiz yerli vətəndaş arşdırmaçı jurnalist Daphne Caruana Galizia-nın qətlə yetirilməsi işi ilə bağlı həbs olunub.
Caruana Galizia oktyabrın 16-da evinin yaxınlığında avtomobilinin partladılması yolu ilə öldürülmüşdü.
Maltanın Baş naziri Joseph Muscat jurnalistlərə bildirib ki, Marsa şəhərində, Bugibba və Zebbug ərazilərində polis əməliyyatı keçirilir.
53 yaşlı jurnalist Caruana Galizia bloqlarında partiya mənsubluğundan asılı olmadan yüksəkrütbəli siyasətçilər arasında iddia edilən korrupsiyadan yazırdı.
Keçmiş Daxili İşlər naziri Louis Galea 30 illik jurnalist təcrübəsi olan Caruana Galizia-nı “Maltanın ən cəsur jurnalisti” adlandırmışdı.
Hökumət, jurnalisti qətlə yetirənlər barədə məlumata görə €1milyon ($1.2 milyon) mükafat vəd edib.
İstintaqın aparılmasına Malta rəsmiləri FTB (ABŞ-ın Federal Təhqiqqat Bürosu) əməkdaşlarını da cəlb ediblər.
Baş nazir Muscat həbs onunanlar barədə daha təfərrüatlı məlumat almaq istəyən jurnalistlərin suallarını şərh etməyib, Malta Today nəşri bildirib.
“Onların nə etdiyi və onların kimliyi barədə məlumatım var, lakin təffərüatlar barədə məlumat verə bilmərəm”, – Baş nazir deyib.
Daphne Caruana Galizia-nın dəfn mərasimində yüzlərlə insan iştirak edib, cüzi sayda Aİ dövlətləri liderlərinə isə onun ailəsi mərasimdə iştirak etməyə icazə verməyib.
Onun üç oğlu “fundamental azadlıqları” qoruya bilmədiyinə görə Baş naziri istefa verməyə çağırıb.
BBC də daxil dünyanın aparıcı ən iri səkkiz təşkilatı Avropa Komissiyasını qətli araşdırmağa çağırıb.
Oxunub: 702