2015-ci ildә Nardaranda hәyata keçirilәn qanlı әmәliyyatdan sonra hәbs edilәn ilahiyyatçıların daha bir qrupuna hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsində Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmə istintaqı bu gün yekunlaşıb.
Mәhkәmә prosesinә hakim Zeynal Ağayev sədrlik edib.
Hökmə əsasən, Zülfüqar Mikayılov 17 il, Elman Ağayev 13 il, Ruzi İsmayılov 15 il, Elxan Həsənov 12 il 3 ay, Faiq Allahverdiyev 13 il, Əli Hüseynov 12 il 3 ay, Mehman Quliyev 13 il, Mehman Məmmədov 12 il 3 ay, Ramin Seyfullayev 13 il, Eldar Bünyatov 12 il 3 ay, Cabir Əliyev 14 il, Mübariz İbrahimov 13 il müddətinə azadlıqdan məhrum olunublar.
Oxunub: 288