“Mən o ailədənəm ki, üç şəhid vermişik bu vətən üçün. Özüm də II qrup Qarabağ əliliyəm. Xəstəliyimlə əlaqədər cənab prezident mənə Nazlifan maşını hədiyyə edib. Qarajı onun üçün istifadə etməyə başlamışdım. Gördüyünüz kimi dar məhlədir, maşını saxlamağa yer yoxdur. Harda saxlayım? Ancaq indi düşüb tilsimə. Qarajın yanında əlavə tikilən ofisə görə onun yerində olan zibil yeşiklərini mənim qarajımın qarşısına qoyublar. Deyirlər ki, qarajdan istifadə edə bilmərsən, bura zibil yeşiyinin yeridir. Halbuki 15 gün bundan əvvəllə kimi o tikilən ofisin yerindəydi. Düzdür, o ofisi tikənə həm də minnətdaram ki, orda yeşiklərdən axan zibilin suyu qarajımı çürütmüşdü. Bu baxımdan razıyam. Amma gətirib birbaşa qarajın qarşısına qoymaqları düzgün deyil. Bunu da keçdim, qarajın arxa tərəfindən divar hörüb qapı qoymaq istədim ki, maşını heç olmasa ordan çıxarıb, salım. Ona da imkan vermədilər. Bütün bu işlərin başında duran Nəsimi Rayonu İcra başçısının müavini Qurban İsmayılovdur. Göstərişi o verir”.
Müharibə əlilinin sözlərinə görə, ona dörd min manat maddi ziyan vurublar:
“Qarajın arxa hissəsi üçün aldığım materialları bir günün içində məhv ediblər. 700 manat təkcə jalüzünə pul vermişdim. Divarı uçurub jalüzü və digər materialları yararsız hala salıblar. Daha sonra küçədən keçənlər daşları və digər materialları daşıyıb aparıb. Qaraj üçün hördüyüm divarı 16 saylı Mənzil İstismar Sahəsinin rəisi Vidadi Əliyevin göstərişi ilə uçurdublar. Cənab prezidentin verdiyi təqaüdlə dolanan adamam. Başqa yerdən mənim gəlirim yoxdur. Səhhətim də yol vermir gedib işləyim. Bu qaraj da Q.İsmayılovun tilsiminə düşüb. Qəbuluna çox çətinliklə düşə bildim. Dedim, Qurban məllim özüm müharibə əliliyəm, ailəm üç şəhid verib. Heç bir yerdən dolanışığım yoxdur. Olanım o maşındır, o maşını da dar məhlədə saxlayıb camaatın dincliyini poza bilmərəm. İcazə verin qarajın arxasını hörüm, ordan istifadə edim. Dedi, yox. Nəsimi rayonunda biz belə özbaşınalığa icazə verə bilmərik. Necə olur, 15 günə bu ofisi tikib, hazırlamağa icazə verdilər, amma mənim bir qarajın arxasını hörməyim özbaşınalıq olur? Mənə deyirlər, apar sən də onun masasına beş min manat qoy, sənə də icazə versin. Əlil adamam, beş mini hardan alım?Qurban İsmayılov ermənilərin mənə etmədiyi zülmü edir. Mən xəstə adamam, bu qədər əsəb, stress olmaz. Evlə Nəsimi Rayonu İcra Hakimiyyətinin arasında qalmışam. Artıq məni ora buraxmırlar”.
R.Tağıyev zibilliyin məhlədə olmasının sakinləri narahat etdiyini də dilə gətirdi:
“Ümumi bu ərazidə 200-dən çox ailə yaşayır. Onların gündəlik atdıqları zibillər bir yana, arxadakı yeni tikililərdə yaşayan sakinlər də tullantıları bu yeşiklərə atır. İndi düşünün də neçə evin zibili gəlir bura. Məhlə onsuz balacadır. Burda körpə uşaqlar da var axı. Həyətə düşürlər, oynayırlar. Belə antisanitar şəraitdə nə etsin bu camaat? Elə vaxt olur zibil qabı dolur, gətirib kənarlarına atırlar. Bütün buralar zibil olur, iydən burun tutulur. Bu zibilliyə görə məhlədə siçovul, həşərat nə qədər desəniz var. Buna heç bir əlac qılmırlar, mənim bir dənə balaca qarajım bunlar üçün böyük problem olub”.
(PrimeTime.Az)
Oxunub: 206