Bu gün Ali məhkəmədə AXCP sədri Əli Kərimlinin qaynı Elnur Seyidovun məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı kassasiya şikayətinə baxılıb. Onun çəzasının üçdə iki hissəsi bitdiyinə görə məntəqə tipli müəssisəyə köçürülməsi üçün Qaradağ rayon məhkəməsinə müraciət olunmuşdu. Şikayəti təmin edilmədiyindən Bakı Apellyasiya məhkəməsinə müraciət edilmişdi. Apellyasiya şikayəti də təmin olunmadığından kasasiya şikayəti verilib. Hafiz Nəsibovun sədrliyi ilə keçən prosesdə şikayət təmin olunmayıb.
azadliq.info
Oxunub: 358