“Azərişiq” ASC elan edib ki, dekabrın 19-da elektrik enerjisindən istifadəyə görə borcu olan istehlakçıların işığı kəsiləcək.
Məlumatda qeyd olunur ki, bütün borclar 19 dekabr saat 12:00-dək ödənilməlidir.
“Əks halda bütün borcluların işığı fərdi qaydada kəsiləcək”, – məlumatda deyilir.
Məlumatda həmçinin elektrik şəbəkəsinə qanunsuz müdaxilə edən və elektrik enerjisi oğurluğu ilə məşğul olan abonentlərə xəbərdarlıq edilib.
Oxunub: 236