Helsinki Komissiyası dekabr ayının 13-də Rassel Senat binasında kleptokratiyaya qarşı mübarizədə Qlobal Maqnitski Aktının əhəmiyyyəti mövzusunda dinləmə keçirilib
İnsan hüquqları təşkilatı nümayəndələri və ekspertlərinin iştirak etdiyi dinləməyə Helsinki Komissiyasından siyasi məsləhətçi Pol Massaro rəhbərlik edib.
Açılış nitqində Pol Massaro Helsinki Komissiyasının bu il dünyanın üzləşdiyi ən mühüm problemlərdən biri olan kleptokratiyaya qarşı mübarizə mövzusunda silsilə dinləmələr keçirdiyini bildirib. Onun sözlərinə görə, Qlobal Maqnitski Aktı xüsusən Rusiya, Ukrayna kimi ölkələrdə mövcud olan korrupsiya və insan hüquqlarının pozulması hallarına qarşı mübarizə vasitəsi kimi mühim əhəmiyyətə malikdir.
Açıq Cəmiyyət Siyasi Mərkəzinin baş məsləhətçisi Aleks Conson öz çıxışında ATƏT regionunda korrupsiya faktlarının ortaya çıxarılmasında jurnalist araşdırmalarının vacibliyinin vurğulayıb. Aleks Conson onu da əlavə edib ki, bu cür araşdırmaların daha çox aparılmasına dəstək verilməsi, avtoritar ölkələrdə hüquq müdafiəçilərinə, müstəqil jurnalistlərə qarşı təzyiqlərə göz yumulmaması çox mühümdür.
Hudson İnstitutununun kleptokratiya üzrə eksperti Çarles Deyvidson öz çıxışında bildirib ki, insanların avtoritar rejimlərdə korrupsiya yolu ilə əldə etdiklərin vəsaitləri ABŞ banklarına və maliyyə institutlarına köçürülməsinin qarşısı alınmalıdır. Onun sözlərinə görə, Qlobal Maqnitski Aktı vasitəsilə insan hüquqları pozuntularına yol verən rəsmilərə qarşı viza qadağası tətbiq edilməklə yanaşı, onların xarici ölkələrdəki aktivlərini dondurulmasına da xüsusi diqqət yetirmək lazımdır.
Öncə İnsan Hüquqları təşkilatının vitse-prezidenti Rob Berşinski qeyd edib ki, 2016-cı ildə qəbul edilən Maqnitski aktının əhəmiyyəti konkret hər hansı bir ölkədə deyil, bütövlükdə dünyada insan haqları cinayətləri törədənlərlə bağlı sanksiyalar vasitəsilə ölçü götürə bilən qanunvercilik aktı olmasıdır. Berşinski onu da əlavə edib ki, bu cür sanksiyaların tətbiqi gələcəkdə insan haqları pozuntularının və siyasi motivli cinayət işlərinin törədilməsinin qarşısını ala bilməkdə vacib rol oynaya bilər.
Dinləmələrin sonundə ekspertlər tədbir iştirakçılarının suallarını cavablandırıb. (amerikaninsesi.org)
Oxunub: 516