Avropa İttifaqına üzv ölkələrin liderləri bu gün Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətinin uzadılmasına dair qərar qəbul ediblər. Bu barədə Aİ Şurasının sədri Donald Tusk bildirib.
Qeyd edək ki, sanksiyaların müddəti 2018-ci yanvarın sonunadək idi.
“Aİ yekdilliklə Rusiyaya qarşı sanksiyaların uzadılmasını dəstəkləyir”, – deyə D.Tusk “Twitter” hesabında qeyd edib.
Məlumata görə, qərar Aİ Şurası tərəfindən gələn həftə təsdiqlənəcək. Ukraynadakı münaqişə fonunda 2014-cü ildə Rusiyaya qarşı tətbiq edilən və daha sonra genişləndirilən sanksiyalar heç bir dəyişiklik edilmədən yarım il müddətinə uzadılacaq.
(apa)
Oxunub: 154