“Sizi əmin edirəm ki, Livanı daş dövrünə qaytararıq”.
Bunu İsrailin kəşfiyyat və atom energetikası naziri İsrael Kats mərkəzi Səudiyyə Ərəbistanıda yerləşən “Elaph” qəzetinə müsahibəsində deyib.
On bir ilə əvvəl Livanın “Hizbullah” qruplaşması ilə İsrail ordusu arasında baş verən döyüşlər haqqında sualı cavablandıran nazir bildirib ki, yenidən hərbi əməliyyatlara başlaya bilərlər: “Suriyada olduğu kimi, hərbi əməliyyatlarla onlara mane olacağıq. Bu dəfə daha güclü hücum edəcəyik və bütünlükdə Livanı hədəfə alacağıq”.
İ.Kats İranın Livanda raket bazası tikdiyindən xəbərdar olduqlarını söyləyib: “Biz müharibə istəmirik. Livana zərər vermək də bizi maraqlandırmır. Ancaq bir llvanlının İsrailə hücumunu belə qəbul edə bilmərik”.
Oxunub: 408