Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Beynəlxalq Qılıncoynatma Federasiyasının (FİE) Konqresi keçirilib. Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) mətbuat xidmətindən verilən məlumata görə, konqresdə qurumun prezidenti Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
Ümumilikdə 126 milli federasiyanın qatıldığı tədbirdə ötən ilin yekunları və gələcək inkişaf planı müzakirə olunub. Forumda qərara alınıb ki, 2020-ci ildə gənc və yeniyetmə idmançılar arasında dünya çempionatı ABŞ-ın Solt Leyk Siti şəhərində keçirilsin. Qahirə (Misir) və Zaqreb (Xorvatiya) şəhərləri isə müvafiq olaraq, 2019 və 2020-ci ildə keçiriləcək veteran qılıncoynadanların mundialına ev sahibliyi edəcək.
Azadliq.info
Oxunub: 806