AXCP sədrinin müavini Gözəl Bayramlının dekabrın 16-da Qazaxda keçirilən məhkəmə prosesindən sonra qəribə hadisə baş verib. AXCP sədri Əli Kərimli məhkəmədən sonra partiyanın Qazax rayon şöbəsinin sədri Sabir Çaylının evinə çay içməyə gedib. Bundan xəbər tutan icra başçısı Rəcəb Babaşov Çaylı kəndi üzrə nümayəndəsini işdən azad edib.
Bu haqda Qazax rayon şöbəsinin üzvü Tahir Çaylı da öz FB səhifəsində yazıb. “Ölkədə haqsızlıqlar baş alıb gedir…Məmurlar qanunları tapdalaya-tapdalaya gedirlər. Qazax rayon İH-nin başçısı Çaylı kəndi üzrə nümayəndəsini işindən azad edib ki, niyə Əli Kərimli Çaylıya gəlib?. Bu qədər absurd əməl…
Bundan əvvəl də cənab Rəcəb Babaşov Çaylı kəndində yaşamayan, seçkilərdə iştirak etməyən, bələdiyyə üzvü olmayan Hüseynov soyadlı birisini bələdiyyə sədrliyinə təyin etmişdi.
Başa düşdüyüm Qazax kimi bir rayon R. Babaşova padşah tərəfindən “peşkəş” edilib və o İH-i başçısı kimi istədiyini edə bilər. Ölkə balaca bir torpaqdır, hamınız da Marsa, Yupiterə qaça bilməyəcəksiniz, cənablar. Sabahınızı düşünün…”
Doğrudan da. Deyəsən artıq ölkəni hər icra başçısı ölkənin birinci şəxsindən aldığı səlahiyyət əsasında özəl mülkiyyəti kimi idarə edir. Bu biabırçılıq da onun sübutu…
Oxunub: 1892