Saakaşvili tərəfdarlarının bir hissəsi “impiçment yürüşü” zamanı Kiyevdəki Oktyabr Sarayına daxil olmağa çalışıb. Onların qarşısını binadakı Milli Qvardiya əsgərləri kəsib.
Aksiyaçılara qarşı gözyaşardıcı qazdan istifadə olunub. Aksiyaçılar binada öz koordinasiya qərargahlarını yaratmaq istəyiblər.
Saakaşvili öz tərəfdarlarını Müstəqillik Meydanına qayıtmağa çağırıb. Siyasətçi deyib ki, onun tərəfdarlarına sarayda tədbir keçirməyə icazə verildiyi deyilsə də, onlar saraya gəldikdə tüstü şaşkaları ilə qarşılanıblar. Məlum olub ki, sarayda konsert gedir. Hazırda əsgərlər binanın giriş-çıxışlarına nəzarət edirlər.
Publicerat av Mikheil Saakashvili den 17 december 2017
***
Kiyevin mərkəzində Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili tərəfdarlarının “İmpiçment marşı” aksiyası başlayıb.
Yerli mətbuatın məlumatına görə, aksiyada minlərlə şəxs iştirak edir.
Saakaşvili Şevçenko abidəsinin yanında iştirakçıları salamlayıb, onlara təşəkkürünü bildirərək “Kreşsatikə qədər və qələbəyə doğru” hərəkət etməyə çağırıb.
Mitinqçilər əllərində bayraqlar tutublar və “Yaşasın Ukrayna” və “İmpiçment” şüarları səsləndirirlər. İştirakçılar Kreşsatikdən keçərək Maydana doğru hərəkət edəcəklər və orada yığıncaq keçiriləcək.
Azadliq.info
Oxunub: 1888