AXCP sədri Əli Kərimli tanınmış jurnalist Xədicə İsmayılın teatra buraxılmamasına Facebook səhifəsində münasibət bildirib:
Bu da Mehriban Əliyevanın “islahatçı” komandası. 1-ci vitse-prezidentə, onun uydurulmuş “islahatçı” komandasına yaltaqlanmaq üçün növbəyə duranlar, diqqətlə oxuyun. Bu gün Xədicə İsmayıl Əsa teatrının tamaşasına baxmaq üçün Opera və Balet Teatrına gedib. Xədicə İsmayılın tədbirdə iştirak üçün dəvətnaməsi olmasına baxmayaraq, onu teatra buraxmayıblar. 1-ci vitse prezidentin gənc və “islahatçı” köməkçilərindən biri – Yusif Məmmədəliyev hədələyib ki, Xədicə İsmayıl teatra daxil olsa, tədbir bütövlükdə ləğv olunacaq. Tədbirin pozulmaması üçün Xədicə xanım teatrı tərk etməli olub. Beləliklə, ölkədə siyasi ayrı-seçkilik, diskriminasiya rəsmi dövlət siyasətinə çevrilir.
Oxunub: 554