Avstriyanın yeni kansleri Sebastyan Kurtz deyib ki, rəsmi Ankaranın son illərdəki suiyasi kursu Türkiyənin Avropa Birliyinin üzvü olmasını mümkünsüz edir.
Kurtz bu günlərdə “Bild am Sonntag”. nəşrinə müsahibəsində deyib ki, son illərdə Türkiyədə insan haqlarının pozulması halları artıb.
“Avropa Birliyinin bunlara göz yumması yolverilməzdir. Düşünürəm ki, indiki şəraitdə Türkiyəyə Avropa Birliyində yer yoxdur və onun üzvlüyü ilə bağlı danışıqlarıdayandırmaq lazımdır” – deyə kansler bildirib.
Sebastyan Kurtz ifrat sağçı qüvvələri təmsil edir.
Onun partiyası bu günlərdə mühafizəkar qüvvələrlə birlikdə hökumət qurmağa qərar verib.
Kanslerin fikrincə, Türkiyə hökuməti Avstriya, Almaniya və başqa ölkələrdə yaşayan türk icmalarına təsir etməyə, onların yerli cəmiyyətlərə inteqrasiyasına mane olmağa çalışır.
Bundan əvvəl Türkiyənin Xarici İşlər Nazirliyi Avstriya hökumətinin yeni proqramına etirazını bildirib.
Proqramda qeyd edilir ki, rəsmi Vyana Türkiyə ilə AB üzvlüyü haqda danışqların dayandırılması mövqeyindən çıxış edəcək. (Azadlig.org)
Oxunub: 358