İstanbul-İğdır marşrutu ilə hərəkət edən sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 30 nəfər yaralanıb. Onlardan 29-u Azərbaycan vətəndaşıdır.
Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyevin AZƏRTAC-a verdiyi məlumata görə, yaralılar Qars və Sarıqamış xəstəxanalarına yerləşdiriliblər. Baş konsulluğun əməkdaşları yaralı vətəndaşlarımıza baş çəkiblər. Yaralılar arasında vəziyyəti ağır olan yoxdur. Hadisə ilə bağlı baş konsulluqda “qaynar xətt” yaradılıb.
İlkin ehtimala görə, qəzaya avtobusun yoldan çıxması səbəb olub.
Oxunub: 246