Bu Bankın səhmlərinin 100 faizini Lukoil şirkəti satın alır
Azərbaycan da fəaliyyət gösətrən və xüsusilə qəddar kredit şərtləri ilə işləyən banklardan daha bir «əl dəyiş»ir. Söhbət Accessbanl-dan gedir.
Azadlığa daxil olan məlumatda bildirilir ki Accessbankı Rusiyanın Lukoil şirkəti satın alır. Bu yaxınlarda bank Nikoil Banka birləşdirilə bilər. Məlumatı verən mənbə bildirir ki, Accessbankın elə öz adı ilə fəaliyyətini davam etdirməsi də mümkündür, amma Vahid Ələkbərovun bu bankı satın aldığı dəqiqdir. V.Ələkbərovun bu bankın 100 faizlik sahibi olacaq. Son zamanlar Lukoil-un nümayəndələri banka tez-tez gələrək təhvil- təslim işləri ilə bağlı hazırlıq işlərinə başlayırlar. Bankın rəsmən satıldığının isə Yeni ilin ilk günlərində elan ediləcəyi gözlənilir.
Accessbank-ın işçiləri bu alqı-satqı xəbərlərindən narahatdırlar və onlar kütləvi şəkildə başqa banklarda iş yeri axtarır, CV göndərirlər. Çünki NikoilBankda maşşaların çox aşağöı olduğu bəllidir.
Məlumatı Azadlığa Accessbankın əməkdaşlarından biri verib.
Azadliq.info
Oxunub: 472