Bütün müsəlmanların birliyini elan edəcək və İran ilə Səudiyyə Ərəbistanı arasında barışığı asanlaşdıracaq ümumislam konfransının keçirilməsinin vaxtı çatıb”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Russia Today” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, müsəlman dünyasında problemləri ümumi İslam həmrəyliyi çərçivəsində konfessional bərabərlik yolu ilə həll etmək daha yaxşı olardı.
XİN başçısı Rusiyanın tərəflər arasında dialoq qurmağın və hər iki ölkəni maraqlandıran məsələlərin nəzərədən keçirilməsinin tərəfdarı olduğunu vurğulayıb: “Regionun iki böyük ölkəsindən söhbət gedir, ola bilməz ki, onların regionda ortaq maraqları olmasın. Sadəcə, oyun qaydalarını tənzimləməlidirlər. Bu işdə yardım göstərməyə hazırıq”.
Lavrovun bu bəyanatı Rusiyanın İslam dünyası ilə bağlı ciddi planlarının olduğundan xəbər verir.Rusiyanın İslam dünyasında özünə ciddi yer eləməsi proqramı ortadadır və ən müxtəlif üsullarla-zərurət olduqda dinc, zərurət yarandıqda zorakı variantların tətbiqi yolu ilə İndiki Rusiya hakumiyyəti İslam aləmində belə mühüm faktora çevrilməyə çalışır. Bütün bunlar Putin hökumətinin dünyada gedən proseslərdə böyük rol oynamaq planının tərkib hissəsidir. Suriyada on minlərlə insanın məhvini terrorla mübarizə kimi qələmə verən ölkənin Xarici İşlər naziri müsəlmanların problemlərinin onları narahat etdiyindən danışır. Qeyd etmək yerinə düşər ki, Rusiyanın Müdafiə naziri S. Şoyqu Suriyadakı əməliyyatların 1 illik yekunlarından danışarkən demişdi ki,”biz bu müddət ərzində 35 min terrorçunu məhv etmişik(onların bunu necə müəyyənləşdirməsi hələ də sirr olaraq qalır) və bu zaman 162 silah növündən istifadə olunub”. Suriya müsəlmanları üzərində silahlarını sınaqdan çıxaran dövlət müsəlman dünyasına yalnız ziyan vura bilər.
Rusiya özünü “sülh göyərçini” kimi göstərməklə müsəlman dünyasına daha çox nüfuz etmək və Qərb ölkələrini sıxışdırmaq istəyir. Lavrovun bəyanatı da məhz bu niyyətdən xəbər verir.
Oxunub: 710