Yanvarın 8-dә Bakı metrosunda 22:10 radәlәlәrindә intihar hadisəsi baş verib.
Metronun “Ulduz” stansiyasında 20-25 yaşlı gәnc oğlan özünü qatarın altına atıb. 15 saylı qatar gәncin üstündәn keçәrәk, onu iki yerә bölüb.
Qatarların hərəkətindә 20 dәqiqә fasilә yaranıb.
İntihar edәn şәxs Mustafazadә Rәşad Elixan oğludur. O, 1995-ci işdә Gәncәdә anadan olub.
Eyni gündә daha 3 intihar hadisəsi baş verib. Bərdə rayonu Əliyanlı kənd sakini, 23 yaşlı Səfərov Elvin Şamil oğlu və Ağdam rayonu Boyəhmədli kənd sakini Cəbiyev Hikmət Araz oğlu yaşadığları evdə özlərini asaraq intihar ediblər.
Daha bir intihar isə Bakıda, dənizkənarı parkda baş verib. Lerik rayon sakini 21 yaşlı Məlik Cahangirov özünü dənizə ataraq intihar edib.
Oxunub: 1046