Hökumətin növbəti imitasiyası nədən qayanaqlanır?
YAP hakimiyyəti bütün fəaliyyəti dövründə demokratik dəyərləri ləkələmək, həqiqi liderləri unutdurmaq kursu götürüb. Məhəmmədəmin Rəsulzadəyə, onun silahdaşlarına, Elçibəyə və onun silahdaşlarına qarşı münasibət də bunun bariz göstəricisidir.
Amma zaman göstərdi ki, avtoritarizmin “pozan” ı şərəfli tarixi, xalqın qəhrəmanlarını silmək gücündə deyil. Rəsulzadənin büstünə çuval keçirsələr də, adını kitablardan çıxarsalar da xalqın yaddaşından pozmağı, ona olan sevgini azaltmağı bacarmadılar. Əmin oldular ki, Cümhuriyyət dövrünə, qurucu babalara çamur atdıqca, xalqın nifrətini daha çoz qazanırlar. Ona görə də Cümhuriyyət sevgisinin imitasiyasına start veriblər.
Belə ki, ölkə başçısı İlham Əliyev 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edib. Bu barədə ölkə başçısı bu gün Nazirlər Kabinetinin 2017-ci ildə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bildirib və bu istiqamətdə müxtəlif tədbirlərin keçiriləcəyi nəzərdə tutulub.
Təbii ki, yenə də Rəsulzadənin adı çəkilməyəcək, Cümhuriyyətin 100 illiyindən danışa-danışa Heydər Əliyevin, İlham Əliyevin təbliğatını aparacaqlar.
Cümhuriyyət sevdalılarını şərləyərək həbs edənlər, azad mətbuatı sıradan çıxaranlar, demokratik dəyərləri məhv edənlər Cümhuriyyəti necə sevə bilərlər?
100 iı əvvəl Azərbaycanın adı demokratik dövlətlər sırasında olsa da, bugün korrupsionerlərin, avtoritarların sırasındadır. Hər gün Cümhuriyyət dəyərkərindən biraz da uzaqlaşmaq üçün səy göstərənlərin, Cümhuriyyətdən danışması absurd deyilmi?
Fakt budur ki, Cümhuriyyətin 100 illiyini avtoritarizmin 25 illiyində qeyd edirik.
Bu gün əlacsızlıqdan Cümhuriyyətin 100 illiyini qeyd edənlər, 25 ildir ki Cümhuriyyətçilərə düşmən münasibət sərgiləyirlər. Hətta təyinatlı deputatları Rəsulzadəni təhqir etməkdən də çəkinmədi.
Müxtəsər, Cümhuriyyət dəyərlərini, demokratik dövlət qurucularını ləkələyib, eyni zamanda da Cümhuriyyətə sevgidən dəm vurmaq, imitasiyanın çürümüş formasıdır. Əgər televizorların yuxarı küncündən Rəsulzadənin deyil, Heydər Əliyevin şəkli boylanırsa, ilə hansı adın verilməsinin önəmi yoxdur.
Akif
Oxunub: 1026