Azərbaycan hökumətinin növbəti rüsvayçı əməlinin üstü açılıb. Hadisə Avropa İnsan Haqları Məhkəməsilə Azərbaycan hökuməti arasında olub. Bu barədə məlumatı keçmiş vəkil Xalid Bağırov paylaşıb.
“Avropa Məhkəməsi Qobustan türməsi ilə bağlı iki işə baxıb. Birinci iş cinayət işinə Qobustan türməsində baxılması nəticəsində təqsirləndirilən şəxsin qohumlarının uzaqlıq səbəbindən məhkəmədə iştirak edə bilməməsi ilə bağlı idi. Birinci işdə Hökümət Avropa Məhkəməsini inandırmağa çalışırdı ki, nə problem varidi ki, Bakıdan Qobustan türməsinə məsafə cəmi 45 km.-dir.
İkinci iş isə Qobustan Türməsində yanmış dustağın Bakıya xəstəxanaya 3 saata çatdırılması nəticəsində ölməsi ilə bağlı idi. Bu dəfə isə hökümət Avropa Məhkəməsini inandırmağa çalışırdı ki, Qobustan Türməsindən Bakıya məsafə 125 km-dir.
Avropa İnsan Haqları Məhkəməsinin bu məsələ ilə bağlı qəbul etdiyi sənəddə Bakı ilə Qobustan arasındakı məsafənin Azərbaycan hökumətinin iddia etdiyi kimi 125 km deyil, 45 km olduğu nəzərə alınsın ifadəsi yer alıb”.
Oxunub: 2396