Kür çayı getdikcə quruyur. Belə davam edərsə, yaz-yay fəslində kənd təsərrüfatı bitkilərinin suvarılması ilə bağlı problem ola bilər.
Kürdə su azaldıqca adalar yaranır, çayın yatağı ensizləşir. Bu, Kürün Salyan ərazisindən keçən hissəsində özünü daha çox biruzə verir.
Rayon sakini Abbas Məmmədov: “Kürün sahillərində doğulub böyümüşəm.60 yaşım var,mən bu vaxta qədər Kürün bu həddə çatdığını görməmişəm.Getdikcə də azalır”
Çay adi səviyyəsindən xeyli aşağı düşdüyündən axarı belə bilinmir. Yerli sakinlər Kürün belə kritik həddə çatmasını havaların quraq keçməsi ilə əlaqələndirirlər.
Rayon sakini Abbas Məmmədov: “ Əgər qar-yağış yoxdursa aydın məsələdir ki, su getdikcə azalacaq.Əgər indi yanvar ayında Kür çayında artım yoxdursa su ilə əlaqədar deməli yaz-yay aylarında əkinin bol olan vaxtlarında su qıtlığı gözlənilir”
Mütəxəssislərin fikrincə, Kürdə suyun azalma tempi belə davam edərsə, yaz-yay fəslində kənd təsərrüfatı bitkilərinin suvarılmasında su qıtlığı yarana bilər.
Oxunub: 326