İtkin düşən alpinistlər düzgün marşrut üzrə getməyiblər.
Bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadə itkin düşmüş alpinistlərin axtarışı ilə bağlı yaradılan qərargahda keçirilən mətbuat konfransında deyib.
F.Tağızadə qeyd edib ki, “Onlar ən asan – B 1 marşrutu üzrə hərəkət etməliymişlər. Sonradan marşrut dəyişib. Həmin marşrut üzrə ərazilər seçilib, birinci ərazi yoxlanılıb, orada alpinistlərə rast gəlinməyib”.
Nazir müavini həmçinin deyib ki, alpinistlərin üzərində GPS sistemi olmalı idi: “Lakin təəssüflər olsun ki, onların üzərində bu cihaz olmayıb”
Oxunub: 250