Bankların aktivlərinin, depozitlərinin, kreditlərinin, mənfəətin həcminə görə reytinqi müntəzəm tərtib olunur.
Amma aktivlərin gəlirliliyinin analizinə, demək olar, diqqət yetirlimir. Bu göstərici bankların əldə etdiyi xalis mənfəətin aktivlərin ümumi həcminə nisbəti kimi hesablanır. Sadə dillə desək, banklar öz paralarından nə qədər para qazana bilirlər…
2017-ci ilin 9 ayınının nəticələrinə əsasən mənfəətlə işləyən 18 bankın aktivlərinin mənfəətlilik əmsalına görə reytinqi belədir:
Bank Avrasiya – 7.2%
Azərbaycan Beynəlxalq Bankı 6.6%
Naxçıvanbank 2.6%
Kapital Bank 1.9%
Ziraat Bank Azərbaycan 1.9%
Silk Vey Bank 1.6%
Yapı Kredi Bank Azərbaycan 1.5%
NBCBank 1.4%
Günay Bank 1.2%
PAŞA Bank 0.8%
Xalq Bank 0.7%
Bank VTB (Azərbaycan) 0.6%
Azərbaycan Sənaye Bankı 0.5%
AtaBank 0.3%
Expressbank 0.3%
Rabitəbank 0.1%
Bank BTB 0.1%
Aktivlərin gəlirliyinin bir bankda çox aşağı, digərində daha çox olması bir sıra səbəblərlə bağlıdır. Şübhəsiz ki, burda həlledici amil mənfəətin həcmidir. Bankların cəlb etdiyi resurslar və təqdim etdiyi resurslar arasında spred, bankların qeyri-faiz gəlirləri qeyri-faiz xərclərindən nə qədər yüksək olarsa, mənfəətin həcmi də artacaq. Amma indiki reallıqda başqa səbəblər də var: banklar öz resurslarının hansı hissəsini borc vəsaitinə çevirə bilirlər? Reallıq odur ki, son 2 ildə əksər banklar öz resurs bazasının ən yaxşı halda 50%-ni kreditləşməyə yönəldə bilirlər. Yerdə qalan vəsaitlər ya likvid vəsaitlər kimi kassalarda və cari hesablarda saxlanır, ya kreditlərlə müqayisədə daha aşağı faizli (xüsusən qeyri-rezident banklarda) depozitlərdə, ya da qiymətli kağızlarda saxlanır. Başqa bir mühüm səbəb də odur ki, bankların problemli aktivlərinin real həcmi bəyan ediləndən daha böyük olur və məlumudur ki, problemli borclara görə müəyyən müddətdən sonra (qanunvericiliyə görə 90 gün) faiz hesablanması dayandırılır.
Nəhayət vacib səbəblərdən biri – bu xüsusilə iri banklarla bağlıdır. Onlar böyük bizneslə işləyir və iri kreditlər üçün daha aşağı faizli kreditlər ayırırlar…
Oxunub: 192