The Henley & Partners təşkilatı özünün 2017-ci il üçün “Viza məhdudiyyəti” İndeksini açıqlaıyb.
Bu İndeksə görə dünyanın ən açıq ölkəsi Almaniya, ən qapalı ölkəsi Əfqanıstanadır. Almaniya siyahıda birinci yerdə, Əfqanıstan isə ən axırıncı – 104-cü yerdə qərarlaşıb.
Almaniya pasportu ilə 176 ölkəyə heç bir viza almadan səyahət etmək olar. Əfqanıstan vətəndaşları cəmi 24 ölkəyə vizasız gedib gələ bilərlər.
Azərbaycan bu siyahıda 74-cü yerdədir. Azərbaycan pasportu ilə cəmi 62 ölkəyə vizasız getmək olar. Bu indeks üzrə reytinq cədvəlində bizdən yuxarıda dayanıb 73-cü yeri bölüşən qonşularımız Cape Verde, Tunis, Zambia dövlətləridir. Onların vətəndaşları 63 ölkəyə vizasız gedib-gələ bilərlər.
Bizdən sonrakı – 75-ci yerdə isə Fillipins və Uqanda durur. Onların pasportu ilə 61 ölkəyə vizasız gediş-gəliş etmək olar.
Bizim coğrafiyamızda biz çox unikal nöqtədəyik. Bu coğrafiyanı “zanit” etməyimizə baxmayaraq, “tay-tuşumuz” əsasən afrikalılardır…
Oxunub: 262