“Üsyankar müstəntiq”, siyasi məhbus Rüfət Səfərovun ailəsi ilə görüşü olub. O, yaxın aylarda dünyaya gələn oğlunun üzünü də ilk dəfə görüb. Bu barədə R.Səfərovun FB səhifəsində anası Tahirə Səfərova yazıb. ”Rüfət, nəhayət, balasının üzünü də gördü. Qan donduran mənzərə idi: 3 saat ərzində balaca kişi atasının üzündən üzünü çəkmədi…Hər dəfə özümə söz versəm də ki, Rüfətlə görüşəndə ağlamayacam, amma qeyri-ixtiyari kövrəlirəm. Rüfət də hər dəfə təkrarlayır: “Çuqun olmaq lazımdır, Ana !!! Çuqun””
Xatırladaq ki, R.Səfərova keçən ilin avqust ayında həbs edilib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə ona 9 il həbs cəzası verilib.
Azadliq.info
Oxunub: 450