Yanvarın 19-da Rusiyanın Buryatiya respublikasının məktəblərinin birində insident baş verib. Ulan Ude yaxınlığında yerləşən Sosnovy Bor kəndində yeniyetmə şagird bir qrup azyaşlı şagirdə baltayla hücum edib.
Hadisə zamanı 9-cu sinif şagirdi 7-ci sinif şagirdlərinə və müəllimə baltayla hücum edib. Bundan əlavə, o məktəbə yandırıcı maye doldurulmuş qab atıb.
Bu barədə Rusiya İstintaq Komitəsinin yerli bölümünün nümayəndəsi Svetlana Petrenko məlumat verib.
Hadisə nəticəsində 6 şagirdin və 1 qadının yaralandığı bildirilir.
Son məlumata görə, hadisəni törədən şagird saxlanılıb.
Bu son günlər Rusiyada baş vermiş 2-ci anoloji hadisədir. Belə ki, yanvarın 15-də Perm şəhərində məktəbdə kütləvi dava olmuşdu. Dava zamanı bıçaqla baş vermiş hücum nəticəsində 12 nəfər yaralanmışdı.
azadliq.info
Oxunub: 132