Mərkəzi Seçki Komissiyası (MSK) 2018-ci ilin oktyabrında keçiriləcək növbəti prezident seçkilərinə hazırlığa başlayıb. Bu barədə bu gün MSK sədri Məzahir Pənahov jurnalistlərə bildirib.
O qeyd edib ki, Seçki Məcəlləsinə uyğun olaraq seçkilər oktyabrın üçüncü çərşənbə günü, yəni oktyabrın 17-də olacaq.
Hazırda seçici siyahıları dəqiqləşdirilir.
M.Pənahovun sözlərinə görə(“Turan”), seçki məntəqələri üzrə seçici siyahılarının dəqiqləşdirilməsi fevralın 5-dək başa çatdırılacaq. Məntəqələrdən toplanan seçici siyahıları üzrə məlumatlar dairə seçki məntəqələrinə veriləcək.
MSK-nın 2017-ci ilin mayına olan məlumatına görə, Azərbaycanda seçicilərin sayı 5 mln. 163 min 250 nəfər olub.
Oxunub: 134