Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilən “Tata Steel Chess” festivalında dördüncü qələbəsini qazanıb.
33 yaşlı qrossmeyster VII turda ağ fiqurlarla çinli Vey İni məğlub edib. Rəqib 30-cu gedişdə təslim olub.
Bununla da xallarını 5,5-ə çatdıran Məmmədyarov vahid liderliyini davam etdirib. O, ən yaxın izləyicilərini 1 xal geridə qoyub.
Qeyd edək ki, VIII turda Şəhriyar Məmmədyarov qara fiqurlarla hollandiyalı Aniş Giriyə rəqib olacaq. Görüş yanvarın 21-də keçiriləcək.
Oxunub: 166