Ölkə rəhbərliyi bununla Yunanıstanla aralarında olan mübahisəni bitirmək istəyir
Makedoniyada gələcəkdə ölkənin necə adlanması ilə bağlı ümumxalq referendumu keçiriləcək. Bu barədə Makedoniyanın baş naziri Zoran Zaev xəbər verib. “Şəffaf proses gedir, biz istəyirik ki, xalqın razılaşması və təsdiqi ilə problemi çözək”- bu barədə “Komsomolskaya pravda” yazır.
Ölkə vətəndşlarına bununla bağlı 5 variant təklif olunur. Onlar bu variantlardan birini seçə bilər:
1.Yeni Makedoniya Respublikası
2.Şimali Makedoniya Respublikası
3.Yuxarı Makedoniya Respublikası
4.Vardar Makedoniya Respublikası
5.Makedoniya (Skopye) Respublikası.
Makedoniya adı ilə bağlı Yunanıstanla mübahisə Yuqoslaviya dağılandan, 1991-ci ildən bəri davam edir. Rəsmi Afina bu adın Yunanıstanın Makedoniya vilayətinin adı ilə qarışıqlıq yaratdığını düşünür və dəyişdirilməsində israr edir. Yunan hökuməti Makedoniyanın NATO-da çıxışına bloklayır və onun Avropa Birliyi ilə yaxınlaşmasına mane olur.
Ölkələr razılığa gəlib, indi bu anlaşmanı Makedoniya vətəndaşları referendumla təsdiqləməlidir.
azadliq.info
Oxunub: 314