Monteneqroda turist biznesində böyük investisiya layihəsi həyata keçirən “Azmont Investments” şirkətinin kapitalı yenidən artırılıb. Şirkətin səhmdarlarının sərmayələri ay ərzində 5 milyon avro artıb, deyə bu ölkənin kommersiya reyestrində bildirilir. “Azmont İnvestments” MMC şirkətinin ödənilmiş nizamnamə kapitalı bu il yanvarın 22-nə 222,1 milyon avroya çatdırılıb. 2017-ci ilin sentyabr ayından şirkətə 70 milyon avro sərmayə qoyulub. Artıq çoxdan bəllidir ki, bu şirkət Azərbaycanın hakim ailəsinə məxsus olan “Paşa holdinq” və “Sinerji qrupa” aiddir. Ölkəyə investor çağıranlar başqa ölkələrə böyük məbləğdə maliyyə vəsaitləri yatırmaqda davam edirlər. Azərbaycan iqtisadiyyatının maliyyə vəsaitlərinə böyük ehtiyacı olduğu halda, Monteneqroya 650 milyon avroluq sərmayə qoyulur. “Azmont investment” “Portononi” adlı bu layihəni başa çatdırmaq niyyətindədir.
Oxunub: 492