Bayıl sürüşmə zonasını yoxlamaq və orada olan retranslyasiya qülləsinin risk dərəcəsini müəyyən etmək üçün Yapaoniyadan ekspertıər dəvət olunub. Onların yaxın zamanda Bakıya gələcəyi gölənilir. Bu barədə Səbail Rayon İcra Hakimiyyətindən açıqlama verilib. İcra Hakimiyyətindən bildiriblər ki, Bakı Şəhər Prokurorluğu sürüşmə zonasında qanunsuz tikinti faktları ilə bağlı yoxlamalara başlayıb.
“Bu ərazidəki tikintinin əksəriyyəti müxtəlif illərdə müxtəlif insanlar tərəfindən qanunsuz tutulmuş sahələrdə aparılıb. Buna baxmayaraq, biz orada yaşayanların hamısının köçürülməsini həyata keçirməyə hazırıq. Hökumət artıq onların müvəqqəti yerləşdirilməsinə vəsait ayırıb. Şübhəsiz, onların hamısına evlərini itirdiklərinə görə kompensasiya ödənəcək. Gələcəkdə orada heç bir tikinti aparılmayacaq, bütün sürüşmə zonasına geniş kök sisteminə malik olan və torpağın bərkidilməsinə imkan yaradacaq ağaclar əkiləcək. Hökumət bu məsələni daim nəzarət altında saxlayır”, – deyə RİH-dən. bildiriblər.
Oxunub: 292