Bu gün Bakının Lökbatan qəsəbəsində axtarışda olan 34 yaşlı Həsən Məşədiyev güllələnərək öldürülüb. Əvvəllər məhkum olunmuş Məşədiyev peşəkar güləşçi, idman ustalığına namizəd Osman Abdullayevi qətlə yetirməkdə ittiham olunurdu.
Belə ki, O. Abdullayev 2008-ci ildə dostu Tural İbrahimovu öldürdüyünə görə 8 il 6 ay həbsxanada yatıb. 15 gün əvvəl isə Osmanın həbsxanadan çıxdığını öyrənən Turalın qohumları onunla görüşmək istəyib. T.İbrahimovun qohumu, Emin Həmidov və Həsən Məşədiyev Osmanı Lökbatanda kimsəsiz yerə aparıb və orada güllələyərək öldürüb. 26 yaşlı Osmanın meyiti gölməçədə aşkarlanıb. Həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Emin Həmidov yaxalanıb. Lakin o, cinayətdə istifadə olunan silahın yerini dəqiq deyə bilməyib.
Məlum olub ki, qətldə iştirak edən Məşədiyev Osmanın qətlində istifadə olunan silahı götürərək qaçıb və Hökməlidə gizlənib. Əməliyyat tədbirləri zamanı o, polisə atəş açıb və əməliyyatçıların əks atəşi ilə öldürülüb.
Azadliq.info
Oxunub: 472