AXCP Neftçala rayon şöbəsinin fəalı, bir ildən artıqdır həbsdə olan siyasi məhbus Elnur Fərəcovun vəziyyəti ağırlaşıb. Bir aya yaxın Pentensiar Xidmətin müalicə müəssisəsində ağ ciyərlərin iltihabı diaqnozu ilə müalicə olunan E. Fərəcovun yaxın günlərdə vərəmli məhkumların yerləşdiyi “tubzon”a göndərilməsi barədə qərar verilib. Bu məlumatı siyasi fəalın ailə üzvləri verib.
Ailə üzvlərinin bildirdiyinə görə, Elnurun səhhətində əvvəldən ciddi problemlər olub və həbsxana həyatı onun sağlamlıq durumunu daha da pisləşdirib. Keçən ay həbs yatdığı Salyan 5 saylı təcridxananın rəhbərliyi durumunun ağırlığına görə onu Bakıya müalicəyə göndərib. İndi isə ona məhkumluğunun “tubzon”da davam edəcəyini bildiriblər. Məhkumun atası deyir ki, oğlunun həyatından çox narahatdır, çünki orda belə bir xəstəliyin müalicə olunacağına əminliyi yoxdur.
Xatırladaq ki, AXCP-nin gənc fəallarından olan E.Fərəcov 2016-cı il dekabrın 9-da qondarma narkotika ittihamı ilə saxlanılıb və Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.
azadliq.info
Oxunub: 148