Özbәkistanda jurnalist vә aktivist Dilmurad Seyidov 9 illik hәbsdәn sonra azadlığa buraxılıb. Özbәkistanda fәaliyyәt göstәrәn “Ezgulik” insan haqları tәşkilatının nümayәndәsi Әbdürrәhman Taşanov
Dilmurad Seyidovun mәhkәmә qәrarı ilә hәbs müddәti bitmәdәn azad edildiyini bildirib. O, Dilmurad Seyidovun sәhhәtinin yaxşı olduğunu vә hәbsdәn çıxandan sonra Daşkәnddәki evinә getdiyini deyib. Dilmurad Seyidov 2009- cu ildә dәlәduzluqda ittiham olunaraq 12,5 il müddәtinә azadlıqdan mәhrum edilmişdi.
Qeyd edәk ki, Özbәkistanda son bir ildә müxalif fikirlәri ilә tanınan Sәmәndәr Kukanov, Cәmşid Kәrimov, Murad Jurayev,
aktivistlәr Azam Farmonov, Azam Turqunov, jurnalist Salican Әbdürrәhmanov vә Mәhәmmәd Bekcan azadlığa vuraxılıb
azadliq.info
Oxunub: 600