Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) bu gün aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı əsas tədbirlərin təqvim planını təsdiq edib.
Sənədə əsasən, prezidentliyə namizədin qeydiyyatı üçün zəruri sənədlərin MSK-ya təqdim edilməsi fevralın 27-dən 12 mart saat 18:00-a qədər davam edəcək.
Aprelin 1-nə qədər bütün Azərbaycan ərazisində seçkilərin gedişatının müşahidəsinin aparılması üçün MSK-ya ərizələr qəbul ediləcək.
Ayrı-ayrı seçki dairələri ərazisində seçkiləri müşahidə etmək istəyənlər akkreditasiya üçün aprelin 6-na qədər müvafiq dairə seçki komissiyalarına müraciət edə bilərlər.
Seçkiqabağı təşviqat seçkilər günündən 23 təqvim günü əvvəl başlayır və səsverməyə 24 saat qalanda başa çatır, yəni martın 19-dan 19 aprel saat 08.00-a qədər keçiriləcək.
Səsvermə aprelin 11-də saat 08.00-da başlayacaq və 19.00-da başa çatacaq.
Səsvermənin ilkin yekunları aprelin 11-də axşam saatlarında məlum olacaq(“Turan”).
Oxunub: 6