ABŞ qiymətli kağızlarındakı kəskin azalma və ABŞ-da xam neft ehtiyatlarının artması ilə neft qiymətləri düşür.
Nyu-Yorkda neft, əvvəlki iki seansda 2.5% düşdükdən sonra 1.3 faiz geriləyib.
Dünən ABŞ qiymətli kağızlarındakı sərt satışlar ilə Dou Jones İndeksi tarixinin ən böyük tənəzzülünü yaşayıb.
ABŞ-da Çərşənbə günü açıqlanacaq rəsmi göstəricilərin, neft ehtiyatlarının keçən həftə 3 milyon barel artdığını göstərəcəyini gözlənilir.
Analitiklər bildirirlər ki, neftin qiymətinin aşağı düşməsinin əsas səbəbi ABŞ-da artan şist nefti istehsalıdır.
Bakı vaxtı ilə saat 08:15-ə olan məlumata görə, Qərbi Texas neft (WTI) Nymex birjasında 80 sent düşərək bareli 63.35 dollar, Brent nefti, Londonda ICE Futures Europe birjasında 56 sent və ya 1% azalma ilə 66.93 dollar səviyyəsinə enib.
İki seansda Qərbi Texas nefti 3,3%, Brent nefti isə 2,5% ucuzlaşıb.
(marja)
Oxunub: 432